İraq parlamenti fəaliyyətini dayandırdı



İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi paytaxt Bağdaddakı Sədr Hərəkatı tərəfdarlarının hücumu səbəbindən qanunverici orqanda iclasların dayandırıldığını açıqlayıb.

Yazılı açıqlamasında Halbusi ölkənin çətin və həssas dövrlərdən keçdiyini, demokratik əsaslara söykənən inkişaf etmiş ölkələrdə siyasi qruplar arasında fikir ayrılığının normal bir hal olduğunu bildirib.

Anlaşmazlıqların, nə olursa olsun, həll yolunun dialoq olduğunu vurğulayan spiker bütün siyasi partiyaları dövlətin maraqlarını ön planda tutmağa dəvət edib.

O, həmçinin etirazçıları dövlət əmlakının qorunmasına çağırıb.

Qeyd edək ki, İraqda 2021-ci ilin oktyabrında keçirilən parlament seçkilərində qalib gələn şiə siyasi və dini lider Müqtəda əs-Sədr hökumət qura bilməyincə siyasətdən uzaqlaşıb. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi onun rəqibi olan Koordinasiya Şurasına keçib.

İyulun 25-də Şura keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etdikdən sonra Sədrin tərəfdarları etirazlara başlayıblar.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}