"Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb


İsveçrədə "Sürix"ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçuları - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.

Şəffafıq.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra mətbuat konfransında açıqlama verib.

50 yaşlı mütəxəssis Medinanın zədəsinin ciddi ola biləcəyini istisna etməyib: "Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk qarşılaşmada "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}