Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək
Sabahdan Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək. Qarabağın ilk sakinləri burada ümumi müayinə, yoxlanış və laborator, eləcə də digər müayinələrdən keçə biləcəklər. Şəffaflıq.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov bildirib. “Ailə Sağlamlıq Mərkəzi ilkin səhiyyə xidməti təqdim edən bir müəssisəmizdir. Burada ixtisaslaşmış ilkin cərrahi yardımlar yalnız ilk səviyyədə həyata keçiriləcək. Həmin tibb məntəqəsinin nəzdində 24 saat xidmət göstərəcək Təcili Tibbi Yardım, ambulans avtomobili və həkim briqadaları var”. Hazırda isə, sakinlərə Təxirəsalınmaz və Təcili Tibbi Yardım briqası xidmət göstərir. Qeyd edək ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.
Facebook-da paylaş