“Azərsığorta”nın Direktorlar Şurasının tərkibi TƏSDİQ EDİLDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib: Direktorlar Şurasının sədri: Azər Bayramov – maliyyə nazirinin müavini Direktorlar Şurasının üzvləri: Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.
Xəbəri paylaş
Facebook-da paylaş