Qəzada xəsarət alan polis mayoru xəstəxanada vəfat etdi



Bir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan polis mayoru vəfat edib.

Şəffaflıq.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Qubat Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirmişdi. O, hadisə zamanı ağır xəsarətlər almışdı.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}