“AvtoDetal” mağazalar şəbəkəsi fəaliyyətini bərpa etdi



Bu günlərdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin çıxardığı qərarla fəaliyyətinə əngəl yaradılan “Avtodetal” mağazalar şəbəkəsinin rəhbərləri çıxarılmış qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Şirkət rəhbərlərinin verdiyi şikayəti Azərbaycan Respublikasının Baş Prokurorluğu dəstəkləmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib. Çıxarılmış yeni qərarla Binəqədi Rayonu Məhkəməsinin qərarı ləğv edilmiş və mağazalar şəbəkəsinin fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, “Avtodetal” Azəbaycanda bir ilə yaxındır yaradılmış avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən mağazalar şəbəkəsidir. Mağazalar şəbəkəsinin “Mərkəz” mağazası, “Biləcəri”, “Yasamal-1”, “Yasamal-2”, “Mikrorayon”, “Bakıxanov”, “Neapol”, “Maştağa”, “Grand”, “Sumqayıt” və “Masallı” filialları fəaliyyət göstərir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}