Azərbaycan Ordusunun mexanikləşdirilmiş bölmələri atəş hazırlığı üzrə çalışmalar yerinə yetirib
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Şəffaflıq.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Çalışmaların icrası zamanı sürücü-mexaniklər döyüş texnikasını idarəetmə bacarıqlarını, tuşlayıcı operatorlar isə müxtəlif silahlardan atəş açma qabiliyyətlərini təkmilləşdiriblər. Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən praktiki çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Xəbəri paylaş
Facebook-da paylaş