“Azərlotereya” ASC Dünya Lotereya Assosiasiyasına üzv oldu

 

“Azərlotereya” ASC qlobal lotereya sənayesində daha bir nüfuzlu təşkilata qoşulub.

Fəaliyyət sferasında beynəlxalq standartları tətbiq edən “Azərlotereya” ASC  şans oyunları üzrə dünyanın aparıcı təşkilatı sayılan Dünya Lotereya Assosiasiyasına (World Lottery Association) üzv olub.


Dünya Lotereya Assosiasiyası (WLA) təxminən 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyidir.


Assosiasiya üzvlərinin ümumi məqsədi əyləncəli şans oyunlarının məsuliyyətli satışını həyata keçirməkdir. Bu baxımdan “Azərlotereya” ASC beynəlxalq təcrübəyə əsaslanaraq şans oyunlarının təşkilində xoş və əyləncəli xidmətlər təqdim edərkən hər zaman “Məsuliyyətlə oyna!” prinsipinə sadiq qalır.


Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan “Azərlotereya” ASC-nin fəaliyyəti assosiasiyanın meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfü deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan “Scientific Games" şirkəti birbaşa iştirak edir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də Dünya Lotereya Assosiasiyasının üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir. 


Dünya Lotereya Assosiasiyası (WLA) 1999-cu ilin avqustunda “AILE”, “Beynəlxalq Dövlət Lotereyaları Assosiasiyası və Intertoto”, “Beynəlxalq Toto və Lotto Təşkilatları Assosiasiyası”nı birləşdirərək yaradılıb. 


Qeyd edək ki, “Azərlotereya” ASC, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının da (The European State Lotteries and Toto Association) üzvüdür.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}