Biləsuvarda quru ot bağlaması bahalaşıb
Biləsuvarda quru ot bağlaması bahalaşıb.
"Şəffaflıq"ın Muğan bürosu mal-qaranın əsas qidasını təşkil edən quru otun bahalaşma səbəbləri ilə bağlı araşdırma aparıb.
Fermerlərin sözlərinə görə, ötən illə müqayisədə quru ot bağlamasının qiymətində 1 manatdan çox artım müşahidə edilir: "Ən qidalı ot hesab edilən yonca bağlamasının qiyməti 3-3,5 manat arasında dəyişir. Halbuki ötən il bu qiymət 2,2-2,5 manat arasında dəyişirdi".
Fermerlər qiymət artımının səbəbini son vaxtlar yaşanan quraqlıqla əlaqələndirirlər: "Səbəb odur ki, bu il az yağış yağdı. Nəticədə yonca inkişaf etmədi. Həmçinin bu il hektarı 30 manata traktor biçir. Aqreqat isə, bağlamanın birini 30 qəpiyə bağlayır. Bunlarda qiymət artımına gətirib çıxarır. Hələ 2-ci biçin olub. Növbəti biçinlərdə yəqin ki, bahalaşma daha çox olacaq".
Facebook-da paylaş