“Windows” və “Android”ə alternativ hazırlanır
“Kaspersky Lab” şirkəti kompüterlər və smartfonlar üçün öz əməliyyat sistemini hazırlamağı planlaşdırır.
Şirkətin baş direktoru Yevgeni Kasperski “Innoprom-2022” beynəlxalq sənaye sərgisində qeyd edib ki, əməliyyat sistemi adi istifadəçilər də daxil olmaqla, hər kəs üçün əlçatan olacaq. Lakin yeni sistemin buraxılış vaxtı açıqlanmayıb.
“Bəli, olacaq, amma nə vaxt deməyəcəyəm. Mən sadəcə mövhumata inanıram. Vaxtı deyəndə müddət dərhal iki-üç dəfə artır”, - Kasperski bildirib.
Qeyd edək ki, hazırda mövcud olan məhdud funksiyalı “Kaspersky” əməliyyat sistemi nəqliyyat və sənaye infrastrukturu kimi artan kibertəhlükəsizlik tələbləri olan sahələrdə istifadə olunur.
Şəffaflıq.az
Facebook-da paylaş