“Apple” milyonlarla istifadəçisinə təzminat ödəyə bilər
Böyük Britaniyanın 20 milyona yaxın “iPhone” və “iPad” istifadəçisinin “Apple”a qarşı 1,5 milyard funt-sterlinq dəyərindəki yeni məhkəmə iddiası təmin edilərsə, şirkət ödənişləri həyata keçirməli olacaq.
Artıq üç hakim “Apple”ın təkrar araşdırma üçün müraciətini rədd edib.
İddiaçı tərəf Böyük Britaniyada 19,6 milyon istifadəçinin “App Store”dan proqram alışı və digər nağd pul əməliyyatları zamanı artıq ödəniş etdiklərini bildirir və təzminat tələb edir. Belə ki, “Apple” proqramlar mağazasında alış-veriş üçün 30%-ə qədər komissiya alır.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş