Deputat: “Xəstəxanaların yüksək səviyyədə təminatı ölkədə səhiyyə sahəsinə verilən qiymətin təzahürüdür”

 

“Səhiyyənin inkişafı bu gün Azərbaycanda prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev tərəfindən səhiyyə sisteminin inkişafına xüsusi diqqət ayrılıb”.

Bu barədə mətbuata açıqlamasında deputat Kamilə Əliyeva bu gün “Bona Dea” Beynəlxalq Xəstəxanası ilə Türkiyənin “LIV Medical Group” tibb şəbəkəsi arasında imzalanan müqavilənin səhiyyəyə verəcəyi töhfəsindən danışarkən deyib.


Onun sözlərinə görə, əhalinin sağlamlığı istiqamətində ölkədə müxtəlif xəstəxanaların, poliklinikalar inşa edilməsi və bütün təchizatlarla təmin olunması ölkədə səhiyyə sahəsinə verilən qiymətin təzahürüdür:


“Tibb işçilərinin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlar imzalanıb. Bu gün Azərbaycan səhiyyəsi çox sürətlə inkişaf edir və bunu beynəlxalq səviyyədə nümayiş etdirir. Bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də müəyyən islahatlar aparılır. 


Bu gün Türkiyənin tanınmış xəstəxanaları ilə yeni layihələrin işlənməsi, müqavilələrin imzalanması da onu göstərir ki, ölkəmizdə yüksək səviyyədə səhiyyə xidmətləri təklif edilir.


İmzalanan hər yeni müqavilə, yeni layihə Azərbaycanın uğurudur və bu səhiyyəmizə öz müsbət təsirini göstərəcək. Bu cür layihələr davamlı olmalıdır. Azərbaycan xalqının sağlam həyat tərzi və sağlamlığının qeydinə qalınması üçün bu kimi birgə layihələrin həyata keçirilməsi müsbət haldır”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}