Böyük Britaniya taxıl ixracını asanlaşdırmaq üçün Ukraynanın dəmir yollarını bərpa edəcək

 

Böyük Britaniya hökuməti Ukraynadan taxıl ixracını asanlaşdırmaq üçün bu ölkənin dəmir yollarının bərpasına 10 milyon funt-sterlinqə (təxminən 21 milyon manat) qədər vəsait ayıracaq.

Məlumatı Böyük Britaniya baş nazirinin ofisi yayıb.

“Bununla da Böyük Britaniya və onun müttəfiqləri Rusiyanın dünya ərzaq qiymətlərinə təsirinin qarşısını almağa qərarlıdır”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, qarşıda ehtimal olunan ərzaq böhranı dünyada 47 milyon insanı humanitar fəlakət riski ilə üz-üzə qoya bilər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}