Vüqar Behbudov: "İlin sonunadək şəhid ailəsi və müharibə əlillərinə daha 1000 mənzil və ya fərdi ev veriləcək"
Vüqar Behbudov: "İlin sonunadək şəhid ailəsi və müharibə əlillərinə daha 1000 mənzil və ya fərdi ev veriləcək" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun şəhid ailələrinin və müharibə əlillərinin mənzil və avtomobillərlə təminatı, eləcə də Agentlik tərəfindən imtiyazlı şəxslərə göstərilən digər sosial xidmətlərlə bağlı “ŞƏFFAFLIQ.az”a müsahibəsi:
- Vüqar müəllim, şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təminatı prosesi əvvəlki illərdə də həyata keçirilib. Hazırda təminat hansı mərhələdədir?
- Nəzərinizə çatdırım ki, son illərdə bu kateqoriyadan olan şəxslərin mənzil təminatı Prezident İlham Əliyevin müvafiq tapşırıqları ilə 5 dəfə genişləndirilib. Belə ki, 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 və Vətən müharibəsindən sonrakı dövrdə - 2021-ci ildə 3000 şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunub. Postmüharibə dövründə 6 yaşayış kompleksinin açılışı həyata keçirilib və bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Burada xüsusi bir məqama diqqət çəkmək istəyirəm ki, həmin 6 yaşayış kompleksinin 4-nün açılışında Prezident şəxsən iştirak edib. Şübhəsiz ki, bu da ölkə başçısının şəhid ailələri və müharibə əlillərinə olan xüsusi qayğısının təcəssümüdür. Yaşayış komplekslərinin hər biri bütün zəruri infrastrukturla təmin olunub. Bir çoxunda məktəb, uşaq bağçası və klub icma mərkəzləri var. Ümumilikdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı çərçivəsində postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Facebook-da paylaş