Xaricdə yaşayan amerikalılar ABŞ vətəndaşlığından imtina etməyi düşünürlər


 

Xaricdə yaşayan təxminən hər dörd amerikalıdan biri vergilərə görə ABŞ vətəndaşlığından imtina etməyi “ciddi şəkildə düşünür” və ya “planlaşdırır”.

Bunu “Greenback Expat Tax Services” şirkətinin keçirdiyi sorğunun nəticələri təsədiqləyir. Şirkət 121 ölkədə yaşayan 3200 amerikalı arasında sorğu keçirib.

Məlum olub ki, amerikalı miqrantlar eyni anda iki ölkədə - yaşayıb qazandıqları ölkədə və ABŞ-da gəlirləri barədə hesabat verməli, həmçinin vergi ödəməli olduqlarından narazıdırlar. Hesabata əsasən, mövcud vergi yükü onlar üçün çoxlu çətinliklər yaradır.

ABŞ Dövlət Departamentinin hesablamalarına görə, 2020-ci ilə aid məlumatlara əsasən, 9 milyon ABŞ vətəndaşı xaricdə yaşayır. Elə həmin il  6705-dən çox amerikalı ABŞ vətəndaşlığından imtina edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}