Mariupoldan dəhşət dolu kadrlar: İnsanlar öldükləri yerdə, yolun kənarında dəfn olunublar

 

Məşhur “Oryol i reşka” proqramının aparıcısı Andrey Bednyakov özünün sosial şəbəkə hesabından Mariupolda çəkilmiş şok görüntüləri paylaşıb. Kadrlarda həlak olan şəxslərin elə yolun kənarında, səkilərin böyründə dəfn edilməsi əks olunub.

Dəhşətə gələn teleaparıcı əvvəllər bu küçədən tez-tez keçdiyini deyib.

“Mariupol. Mən həmişə bu küçədən keçirdim. İndi burada qəbirlər var. Orada insanlar dəfn olunublar. Torbalarda. Fevralın 24-nə qədər şəhərin öz həyatı var idi. Amma indi onu “azad ediblər”, - deyə Andrey yazıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}