Boliviyanın sabiq prezident səlahiyyətlərinin icraçısı 10 il müddətinə azadlıqdan məhrum edilib
“Report” yerli “Unitel” telekanalına istinadən xəbər verir ki, məhkəmə onu 2019-cu ildə dövlət çevrilişi işində təqsirli bilib.
Bildirilib ki, məhkəmə hökmü tərəflərin diqqətinə çatdırılıb, lakin qərarın əsaslandırılması bir neçə gündən sonra dərc olunacaq.
Xatırladaq ki, Janin Anyes Çaves Çaves 2019-cu il noyabrın 12-dən 2020-ci il noyabrın 8-dək prezident səlahiyyətlərinin icraçısı olub. 2021-ci il martın 12-də Boliviya Baş Prokurorluğu siyasətçi və onun hökumətinin beş üzvünün terrorçuluq, qiyam şübhəsi ilə həbsinə order verib. Janin Anyes Çaves bunu siyasi təqib kimi xarakterizə edib.
Qeyd edək ki, onun müvəqqəti prezidentliyi dövlət zorakılığı, azad sözə məhdudiyyətlər və əsassız həbslər kimi çoxsaylı insan hüquqları pozuntuları ilə səciyyələnirdi.
Şəffaflıq.az
Facebook-da paylaş