Baş prokuror Qətər səfiri ilə görüşüb

 İyunun 8-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hinzab ilə görüşüb.
Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan Baş prokuror bu sahədə dövlət başçıları İlham Əliyev və Qətərin Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin misilsiz xidmətlərini qeyd edib.
Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Qətərin ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini, həmçinin ölkəmizdə bütün sahələrdə aparılan mütərəqqi islahatların vacibliyini vurğulayıb.


 
Qətərin Baş prokuroru İssa bin Saad Al Cuffali Al Nuaiminin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfəri və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov da iştirak edib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}