Qətər şahzadəsi İspaniyada vəfat edib
Qətər şahzadəsi Kasia Qalliano İspaniyada vəfat edib.
Polşa əsilli amerikalı 45 yaşlı Kasia Qalliano adlı qadının meyiti İspaniyanın Marbella şəhərindəki evində polis tərəfindən tapılıb.
Kasia Qətərin neft naziri və kral ailəsinin üzvü Əbdüləziz bin Xəlifə əl Taninin üçüncü arvadı olub. Onlar 2006-cı ildə boşanıblar.
Qalliano üç qızının qəyyumluğu üçün illər boyu mübarizə aparıb. O, keçmiş ərini qızlarından birinə cinsi istismarda ittiham etsə də, məhkəmədə uduzub. Uşaqlar Parisdə atalarının yanında qalıblar.
Halbuki ay yarım əvvəl qızlardan biri Fransada Əbdüləziz əl Taniyə qarşı şikayət ərizəsi yazıb və onu təcavüzdə ittiham edib. Paris prokurorluğu tərəfindən “ağırlaşdırılmış cinsi təcavüz” ittihamı ilə ilkin istintaq başladılıb. Şikayət ərizəsi verərkən qızı anası Kasia Qalliano müşayiət edib.
Fransanın “Le Parisien” qəzeti şahzadənin ölümünə ilkin səbəb kimi narkotikin həddindən artıq istifadəsini göstərib.
Şəffaflıq.az
Facebook-da paylaş