Moldovanın keçmiş prezidenti 30 sutkalıq ev dustaqlığına buraxıldı
Moldovanın keçmiş prezidenti İqor Dodon 30 sutka ev dustaqlığına buraxılıb.
Kişinyov məhkəməsi bu qərarı mayın 26-da verib.
Respublikanın keçmiş rəhbəri korrupsiya və dövlətə xəyanətdə şübhəli bilinir.
İqor Dodon həbs-qətimkan tədbirinin seçilməsi üçün bu gün məhkəməyə gətirilib. Prokurorlar onun 30 sutka həbs olunmasını istəyiblər. Kişinyov məhkəməsi prokurorların vəsatətini qismən təmin etmək, İqor Nikolayeviç Dodon barəsində 30 sutka müddətinə ev dustaqlığı olmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, sabiq dövlət başçısı mayın 24-də saxlanılıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş