Meksikada hotel qan gölünə döndü: 11 ölü, beş yaralı


 

Meksikanın Quanaxuato əyalətinin Selaya şəhərində “Gala” hotelinə və yaxınlıqdakı iki bara silahlı basqın edilib.

Hadisə yerinə gələn sağlamlıq qrupları hücumda 11 nəfərin həyatını itirdiyini, beş nəfərin isə yaralandığını açıqlayıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Şahidlərin bildirdiyinə görə, yerli vaxtla saat 22 radələrində baş verən hücumda 15 nəfər hotelə və ona bitişik iki bara basqın edərək 30 dəfə atəş açıb. Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

Hücum zamanı hotelə qaçan bir şəxs hər şeyin dəqiqələr içində baş verdiyini bildirib. Şübhəlilərin qaçmazdan əvvəl hadisə yerinə “Molotov kokteyli” ataraq atəş açdıqları öyrənilib.

Hücumun mütəşəkkil cinayətkar təşkilatların qarşıdurması nəticəsində baş verdiyi bildirilir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}