TƏBİB Müşahidə Şurasının üzvlərindən daha birinin adı məlum olub
Şəffaflıq.az xəbər verir ki, sədr bundan sonra həm də yeni yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasına üzvlük edəcək.
Qeyd edək ki, hazırda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyevdir. O, 1989-cu ildən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Xatırladaq ki, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurasının sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin rəhbəridir. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Facebook-da paylaş