Lahıcda uçqun nəticəsində bağlanan yol açıldı
“İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu zamanı bağlanan yol açılıb”.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz açıqlamasında bildirib.
O qeyd edib ki, yolun hərəkət hissəsinə tökülən qaya parçalarının əsas kütləsi təmizlənərək hərəkət bərpa olunub.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş