Rusiya "Moskva"nın vurulmasında ABŞ izi axtarır


 

Rusiyanın Qara dənizdəki flaqmanı “Moskva” kreyserinin Ukrayna tərəfindən necə vurulduğu hələ də müəmmalı hadisə kimi qiymətləndirilir. Bu günlərdə gəminin batması ilə bağlı ABŞ-a qarşı yeni iddia irəli sürülüb.


Şəffaflıq.az xəbər verir ki, "NBC" xəbər kanalının ABŞ rəsmilərinə əsaslanaraq verdiyi məlumatda Rusiya kreyser gəmisi "Moskva" ABŞ kəşfiyyatının Ukrayna ordusu ilə paylaşdığı kəşfiyyat məlumatlarının köməyi sayəsində vurularaq batırıldığı iddia edilib.

Xəbərdə hücumun Ukrayna qüvvələrinin amerikalılara Odessanın cənubunda Qara dənizdə üzən gəmi ilə bağlı sual verməsindən sonra baş verdiyi iddia edilib. "ABŞ kəşfiyyatı həmin gəminin "Moskva" olduğunu təsbit edib. Onun hərəkət kordinatlarını müəyyənləşdirməyə kömək edib, daha sonra isə ukraynalılar gəmini hədəf alaraq vurublar", - deyə bildirilir.

Digər tərəfdən, ABŞ-ın Ukraynanın "Moskva"nı hədəf alacağını əvvəlcədən bilmədiyi və hücum qərarına müdaxilə etmədiyi də iddia edilib.

“Biz Ukraynaya “Moskva” üçün konkret hədəf məlumatları verməmişik. Biz ukraynalıların gəmiyə zərbə endirilməsi ilə bağlı həyata keçirdikləri əməliyyatda iştirak etməmişik. Ukraynanın gəmini hədəfə almaq niyyəti ilə bağlı öncədən heç bir məlumatımız olmayıb”, - deyə Pentaqonun mətbuat katibi Con Körbi bildirib.

Rəsmilər iddia edirlər ki, ABŞ indi də Rusiya gəmilərindən gözlənilən hücum hərəkətlərini aşkarlayaraq məlumatları Ukrayna ilə paylaşmaqda davam edir. "ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika kəşfiyyatının real vaxt rejimində Ukrayna ilə məlumat paylaşdığını təsdiqləsə də, "Moskva" gəmisi ilə bağlı şərh verməkdən çəkinir", - deyə məlumatda bildirilir.

510 nəfərlik ekipajı olan idarəolunan raket kreyseri olan "Moskva" Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı idi və həm də İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisi oldu.

ABŞ gəminin aprelin 14-də iki "Neptun" gəmi əleyhinə raketlə vurulduqdan sonra batdığını açıqlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}