KTM-in Doğum-Ginekologiya şöbəsi fəaliyyətini bərpa edib

Uzun müddətdir ki, COVID-19 virusuna yoluxaraq vəziyyəti ağırlaşan hamilə və zahı qadınlara (ölkə üzrə) xidmət göstərən Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Ginekologiya şöbəsi artıq digər şöbələr kimi adi qaydada fəaliyyətini bərpa edib.
Bu barədə "Report"a KTM-dən məlumat verilib.
Qeyd olunub ki, Doğum-Ginekologiya şöbəsi Mərkəzin II korpusunda yerləşir. Şöbədə 21 həkim mama-ginekoloq, 4 neonatoloq, 35 mama, 7 tibb bacısı və 21 kiçik tibb işçisi olmaqla, ümumilikdə 88 tibb personalı xidmət göstərir.
Təkcə paytaxt deyil, ölkəmizin dörd bir tərəfindən hamilə və zahı qadınlar bura müraciət edərək icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}