Zelenskinin Almaniya prezidentinə cavabı narazılıq yaratdı
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynanın paytaxtı Kiyevə səfər tələbi ölkə Prezidenti Volodimir Zelenski tərəfindən rədd edilmişdi.
Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, uzun müddət müzakirələrə səbəb olan məsələ ilə bağlı Almaniya Baş naziri Olaf Şolts açıqlama verib.
Şoltsun sözlərinə görə, bu səbəb onun Ukraynaya səfərinə maneə yaradır.
“Gələcəkdə vacib olan təhlükəsizlik təminatları üçün bu qədər hərbi və iqtisadi yardım göstərən ölkə prezidentinə “gələ bilməz” deyilməməlidir”, - deyə o qeyd edib.
O, həmçinin, Almaniya hökumətinin Ukraynaya yardım göstərərkən tərəddüdlü davranması ilə bağlı iddiaları rədd edib və vurğulayıb ki, Ukrayna ordusuna dəstəyi davam etdirəcəklər.
Facebook-da paylaş