Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.
İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}