Azərbaycanda ailə problemlərinin həllində YENİLİK: “Qoruyucu Ailə Sistemi” təcrübəsi tətbiq ediləcək


 

Azərbaycan Türkiyənin “Qoruyucu Ailə Sistemi” təcrübəsindən istifadə edəcək.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı Komitə sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti artıq Türkiyədə səfərdə olub.

Komitə sədri bildirib ki, Türkiyədə “Qoruyucu Ailə Sistemi”nin Azərbaycanda tətbiq edilməsi çox faydalı ola bilər:

“Sistemin fəaliyyət prinsiplərini öyrənirik. Bizim fəaliyyət istiqamətlərimiz ilə üst-üstə düşən məqamlarını  dəyərləndirəcəyik. Məqsədimiz ölkəmizdə tətbiq edilən mövcud sistemin daha da təkmilləşdirilməsidir. Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanık ilə bu mövzu istiqamətində müzakirələrimiz oldu. Ailə, qadın və uşaq məsələlərinə dair mövcud vəziyyəti idarə etmək, uğurlu nəticələr əldə etmək üçün ölkələrimizin müsbət təcrübələrindən qarşılıqlı istifadənin məqsədəuyğun olacağını nəzərə alaraq, tərəfdaşlıq imkanlarını genişləndirmək barədə razılığa gəldik. Təbii ki, ilk növbədə Türkiyə ilə Azərbaycan hökumətləri arasında bu sahədə əməkdaşlığın çərçivələrini müəyyən edən sənədləri yeni reallıqlar prizmasından dəyərləndirməyə və bu əsasda birgə fəaliyyət planının hazırlanmasına dair işçi qrupu yaradılacaq. Yaradılacaq işçi qrupuna müvafiq tapşırıqlar verilməsinin vacibliyini vurğuladıq.

Həmçinin müxtəlif xidmət müəssisələrinə baxış keçirdik. Ölkə və region səviyyəli mərkəzlərin işi və müasir standartlara uyğun təcrübələri ilə tanış olduq. Bir daha gəldiyimiz qənaət ondan ibarətdir ki, qardaş ölkənin bu sahədə təcrübəsindən istifadə etməklə bir sıra məsələlərdə daha tez və uğurlu nəticələr əldə etmək mümkün olacaqdır”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}