Ukrayna BMT-dən Mariupoldan dəhliz ayırmağı tələb edib

 

BMT mühasirədə olan Mariupoldan humanitar dəhliz təmin etməlidir. Baş katib Antoniu Quterreşin Moskvaya səfəri zamanı məhz bu məsələ qaldırılmalıdır.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş nazirin müavini İrina Vereşuk telemarafonda bildirib.

"Biz artıq xahiş yox, BMT-dən tələb edirik ki, atəşkəs və həm Azovstaldan, həm də bütövlükdə Mariupoldan humanitar dəhliz açılsın. Hazırda Azovstalda 1000 qadın və uşaq var. İnsanların təcili ixtisaslı yardıma ehtiyacı var. Quterreş Rusiyada məhz bundan danışmalıdır. BMT-nin edə biləcəyi ən vacib şey humanitar dəhliz açmaqdır”, - Vereşuk deyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}