Yaponiya saytı Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqini yayıb
AZƏRTAC-a istinadla yayımlanan məlumatlarda Prezidenti İlham Əliyevin nitqində 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, dövlətimizin sülhsevər siyasəti, işğaldan azad edilən ərazilərdə aparılan böyük bərpa və yenidənqurma işləri əksini tapıb.
Qeyd olunub ki, Azərbaycan xalqının müzəffər və böyük xalq olduğunu vurğulayan Prezident İlham Əliyev müharibədə məğlub olmuş Ermənistanı ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa, sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməyə çağırıb və bunun həmin ölkə üçün son şansı ola biləcəyinə diqqət çəkib.
Azərbaycan Prezidentinin bununla bağlı Ermənistandakı revanşist dairələrə xüsusi xəbərdarlıq etdiyi də qeyd edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Facebook-da paylaş