Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa, çıxış yolu yoxdur - Hikmət Hacıyev

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul etməsindən başqa, çıxış yolu yoxdur və üzərinə düşən beynəlxalq hüquq öhədliyi də bundan ibarətdir.
Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında (Zəfər Qurultayı) jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, regionda yeni bir sülh gündəliynin yaradılması və Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü məhz Azərbaycan Respublikasına məxsusdur.
"5 maddən ibarət olan sənəd də Azərbaycan tərəfindən təqdim olunub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etdi ki, Ermənistan və Azərbaycan münasibətlərinin normallşamasında əsas qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasıdır. Azərbaycan Respublikası bu çərçivədə təqdim olunan prinsiplər əsasında öz mövqeyini ifadə edib. Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul etməsindən başqa, çıxış yolu yoxdur və üzərinə düşən beynəlxalq hüquq öhədliyi də bundan ibarətdir", - deyə H.Hacıyev bildirib.
H.Hacıyev, həmçinin, qeyd edib ki, Minsk qrupu öz-özünü sıradan çıxarma prosesindədir.
"Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə açıqlamalar verilib ki, artıq bu 3 dövlətin bu və ya digər səbəbdən, xüsusilə, Ukraynada cərəyan edən hadisələr səbəbindən bir araya gəlməsi qeyri-mümkündür. Həmin ölkələrdən birinin də rəsmisi tərəfindən bu, açıq şəkildə ifadə olundu. Bundan sonrakı məqamda Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilən açıqlamalarda regiona göndərilən nümayəndələrin artıq həmsədr statusunda deyil, digər bir statuslarda göndərilməsi qeyd olunur", - deyə o əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}