Mayın 1-dən maska tələbi ləğv edilir - Rəsmi


 

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Şəffaflıq.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən:

- Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb;

- 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}