Murad Musayev: "Matç ərzində böyük üstünlüyə sahib idik.

 "Matç ərzində böyük üstünlüyə sahib idik. Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar".
Şəffaflıq.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis rəqibin komanda şəklində öz cərimə meydançasında müdafiə olunduğunu bildirib: "Avtoqolumuzdan sonra axıradək müdafiədə oturdular. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydanda bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür edirəm. Bütün güclərini meydanda qoydular".
Musayev sayılmayan qollarının qaydalar çərçivəsində vurulduğunu söyləyib: "Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu referi "Bank Respublika Arena"dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Xuan Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir”.
Baş məşqçi komandasının ilk yarıda zəif təsir bağışlaması fikri ilə razılaşmayıb: "Rəqib qoldan başqa, birinci hissədə bir dəfə də qol vəziyyəti yaratmadı".
Məğlubiyyətə rəğmən, Musayev avrokuboklara iddialarını davam etdirdiklərini vurğulayıb: “Avrokuboklarda çıxış etməyi çox istəyirik. Ancaq bugünkü oyunla avrokuboka gedə bilmərik. Əlimizdən nə gəlirsə, edirik. Hər şey mayın sonunda bəlli olacaq”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}