Azərbaycan Prezidenti Macarıstanın Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana məktub ünvanlayıb.
Şəffaflıq.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz koalisiyanın yenidən qələbə qazanması münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Biz Azərbaycan-Macarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasındakı sıx dostluq və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız daha da genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}