10 yaşlı məktəbli qazıntı zamanı tapdığı qədim kilsə möhürünü hərraca çıxardı

 

Britaniyalı məktəbli metal detektoru ilə axtarış aparan zaman qədim kilsə möhürü tapıb və onu 5 000 dollara (9, 405 manata) satıb.

Qeyd olunur ki, 10 yaşlı Corc Henderson atası ilə bərabər qazıntı işlərinə qoşulub.

Aparılan axtarışlar nəticəsində C. Henderson qədim dövrlərdə monastırda istifadə edilən oval formalı möhürə rast gəlib.

Bilidirilir ki, təxminən 800 il yaşı olan möhürün üzərində qucağında körpə uşaq olan Məryəmin təsviri var.

Corc və valideynləri tapıntını hərraca çıxarmaq qərarına gəlib və bu, kolleksiyaçıların diqqətini çəkib.

Məktəbli qazancının yarısını möhürün tapıldığı ərazinin sahibi olan fermerlə bölüşməyə qərar verib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}