Uill Smit Oskar mərasimindəki insidentdən sonra ABŞ Kino Akademiyasını tərk etdi


 

Hollivud aktyoru Uill Smit Oskar mərasimində aparıcı Kris Roka şillə vurduqdan sonra ABŞ Kino Sənəti və Elmləri Akademiyasını tərk edib. Bu barədə aktyor özü açıqlama verib:

“94-cü mərasimdəki hərəkətlərim sarsıdıcı, ağrılı və bağışlanmaz idi... Mən Kino Sənətləri və Elmləri Akademiyasına üzvlükdən imtina edirəm”.

Aktyor hesab edir ki, o, Rokun özünü, ailəsini, eləcə də zalda olanları və bütün dünyadakı tamaşaçıları incidib: “Mən Akademiyanın etibarına xəyanət etdim. Mən digər namizədlərin və qaliblərin əla işlərinə görə qeyd etmək və təbriklər almaq fürsətindən sui-istifadə etdim. Qəlbim qırılıb”.

Xatırladaq ki, “Oskar” mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə şillə vurub.

“Oskar”ın prodüseri Uill Paker mərasim zamanı polislərin Uill Smiti həbs etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, polis Smitin hərəkətlərini döyülmə kimi qiymətləndirib və səhnə arxasında aktyorun mümkün həbsini müzakirə edib.

Rok isə hadisədən sonra polisə şikayətdən imtina edib. Smit açıq şəkildə həmkarından üzr istəyib və etdiyi əməldən utandığını bildirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}