Dünyada koronavirusdan ölüm sayı bir həftədə 43 faiz artdı
Ötən həftə dünyada COVID-19-a yoluxma hallarının sayı azalıb, xəstəlikdən ölüm hallarının sayı isə artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.
Bildirilib ki, 21-27 mart tarixlərini əhatə edən həftədə yoluxma halları əvvəlki həftə ilə müqayisədə 14 faiz azalıb. Ölüm hallarının sayında isə analoji dövrdə 43 faiz artım müşahidə olunub.
Buna səbəb isə Çili və ABŞ-da COVID-19-dan ölümlərin müəyyən edilməsi qaydalarındakı dəyişikliklər, həmçinin Hindistan və Cənub-Şərqi Asiyadakı “retrospektiv düzəlişlər” göstərilib.
Ümumilikdə ötən həftə dünyada koronavirusa 10 milyondan çox yeni yoluxma halı qeydə alınıb, virusdan 45 mindən çox insan ölüb.
Şəffaflıq.az
Facebook-da paylaş