Şanxayda son iki ilin ən böyük qapanması: Sakinlərə evlərindən çıxmaq yasaqlandı

 

Şanxay rəhbərliyi bu gündən koronavirus epidemiyası ilə əlaqədar olaraq son iki ilin ən böyük lokdaunu barədə qərar verib.

25 milyon əhalisi olan meqapolisdə sakinlərə karantin müddətində evdə qalmaq əmri verilib.

Karantin zonalarında yerləşən müəssisələr distant işə keçirilib, şəhərin həyatını təmin edən xidmətlər, o cümlədən çatdırılma adi rejimdə işləyəcək.

Karantin rejiminin birinci mərhələsi aprelin 1-i səhər saatlarına qədər Huanpu çayının şərqində və cənubunda, ikinci mərhələ isə aprelin 1-dən 5-dək Huanpudan qərbdə tətbiq ediləcək.

Qapanma müddətində Huanpu boyunca tunellər və körpülər bağlanacaq, qapalı ərazilərlə bütün nəqliyyat əlaqələri kəsiləcək.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}