Ukraynada Rusiyanın daha bir generalı məhv edildi

Ukraynalı müdafiəçilər Çernobaevkada rus generalı Andrey Mordviçevi məhv ediblər. Bu, Ukrayna Silahlı Qüvvələrində işğalçıların beşinci generalıdır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə milli telemarafonun efirində Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib. Həmçinin, məlumatlar Baş Qərargahın 19 mart səhərinə olan əməliyyat xülasəsinə daxil edilib.
"Biz Çernobaevkada beşinci generalı məhv etdik. Bu, Donbassdakı vəziyyətə görə məsuliyyət daşıyan rus ordularından birinin başçısı general-leytenant Mordviçevdir. Üç həftə ərzində beşinci general! Hətta mənim fikrimcə, İkinci Dünya Müharibəsində belə SSRİ-nin 3 həftə ərzində 5 generalını itirdiyi belə hallar olmayıb”, - Denisenko bildirib.
Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığındakı Çernobaevka aerodromunda rus işğalçılarının mövqelərini altıncı dəfə məhv edib.

Xatırladaq ki, eyni aerodromda rusların mövqeləri ilk dəfə fevralın 27-də darmadağın edilib. Ukraynalı “Bayraktarlar”ın zərbəsindən sonra ruslar həmin yerə yeni helikopterlər yerləşdiriblər.
Martın 7-də ukraynalılar orada 30-a yaxın helikopteri məhv ediblər.
Martın 16-da Rusiya ordusunun daha 7 döyüş helikopterinin məhv edilməsi barədə məlumat yayılıb.
Ukrayna hərbçiləri martın 18-də beşinci dəfədir ki, Çernobaevkada Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 8-ci birləşmiş silahlı ordusunun komandanlıq məntəqəsini ordu komandiri ilə birlikdə dağıdıb, eləcə də təyyarə və helikopterləri sıradan çıxarıb və zədələyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}