ABŞ dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

 Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib."Report"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}