Latviya prezidenti: “ABŞ ordusu daimi olaraq Şərqi Avropada olmalıdır”

Latviya prezidenti Eqils Levits deyib ki, ABŞ ordusu daimi olaraq Şərqi Avropada olmalıdır.
Şəffaflıq.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, NATO şərq cinahını gücləndirməlidir: “Bunlar Baltikyanı ölkələr, Polşa, Rumıniyadır. Bu, NATO-nun öz üzvlərini müdafiə etməyə hazır olduğuna dair Moskvaya açıq siqnal olardı”.
Latviya lideri bütün regionun ABŞ ordusunun daimi mövcudluğuna ehtiyacı olduğu qənaətində olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Latviya öz ərazisində alyans bazasına ev sahibliyi etmək istəyir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}