Bu ölkədə döyüşmək üçün xaricə gedən könüllülər cəzalandırılacaq
Şəffaflıq.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Almaniyanın xarici işlər naziri Annalena Berbokun Belqrada səfəri zamanı bildirib.
"Ukraynadakı münaqişə zonasında könüllülərə gəlincə, hər iki tərəf könüllüləri çağırdığından, sərtləşdirəcəyimiz Serbiya Respublikasının cinayət qanunvericiliyinə əsasən, Serbiyanın ərazi bütövlüyünü qorumayan istənilən halla bağlı münaqişələrdə iştirak etmək sərt cəzalandırılacaq. Hər hansı bir müharibədə iştirak etməli olduğunu düşünən hər kəsi qanun və konstitusiyaya uyğun olaraq ciddi şəkildə cəzalandıracağıq", - Serbiya lideri birgə mətbuat konfransında vurğulayıb
Facebook-da paylaş