Amnistiya aktı ilə bağlı daxil olan şikayətlərin sayı AÇIQLANDI
“8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb”.
Şəffaflıq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Onun sözlərinə görə, ötən müddətdə 15 belə şikayət daxil olub:
“Müraciətlər 19 məhkumu əhatə edib. 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib.
Onlardan beşi Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, biri prokurorluğun “Qaynar xətt”indən, 6-sı Katiblikdən bilavasitə daxil olub, ikisi isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar Xidmət tərəfindən məruzə edilib”.
O qeyd edib ki, şikayətlərdən ikisi probasiya, digərləri isə Penitensiar Xidmətlə əlaqədar olub:
“Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilib, onlardan altısı məlum amnistiya aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, dördü zərərçəkmiş şəxslərin şikayətləri, ikisi dini baxışlarına görə nəzarətdə olan məhkum barəsində, üçü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmüş məhkumlar barəsində olub, ikisi üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb.
Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular (məhkumun məcburi müalicəsi ilə bağlı səhiyyə qurumuna davamlı müraciət edilməməsi və amnistiyanın tətbiqi ilə bağlı şikayətdən sonra müraciət olunması) Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb”.
Nazirlik rəsmisi indiyədək Amnistiya aktı və Əfv sərəncamı ilə azadlığa buraxılan şəxslərin sayını açıqlayıb:
“1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. İmzalanmış 32 əfv sərəncamı ilə 3 100-dən çox məhkum bağışlanıb”.
Facebook-da paylaş