Tanınmış həkimdən Operativ Qərargaha ÇAĞIRIŞ: “Pandemiya demək olar bitib, maska qadağasını ləğv edin”


 

Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib.

Qərara əsasən, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Yumşalmalarla yanaşı qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlanılıb. Maska qadağasının ləğv olunmaması birmənalı qarşılanmayıb. Koronavirusa yoluxma hallarının kəskin azalması fonunda maska qadağasının götürülməsi vacib hesab edilir.

Bu barədə mətbuata açıqlama verən həkim-radioloq Aydın Əliyev maskanın ləğvini tələb edən vətəndaşlara dəstəyini ifadə edib. Onun fikrincə, tibbi maska ilə bağlı qadağa ləğv olunmalıdır.

“Maska qadağaları aradan qaldırılmadır. Absurd yanaşmadır. Təsəvvür edin ki, şadlıq sarayında 500 nəfər toya yığışır, onlar qucaqlaşıb görüşür, bu zaman yoluxma baş vermir. Amma iş yerində iki nəfər bir otaqda oturubsa, maska taxılmalıdır. Bilmirəm bu qərarları necə verirlər, mütəxəssis rəyi nəzərə alınırmı?

Dünyanın əksər ölkələrində artıq maska qadağası götürülür. Pandemiya demək olar ki, bitib və rəsmi olaraq da elan olunacaq. Ona görə bütün karantin qaydaları ləğv edilməlidir. Avtomatik olaraq belə fikir formalaşır ki, maska qadağası cərimələr yazılsın deyə götürülmür?”, - deyən həkim Operativ Qərargahı maska qadağasını ləğv etməyə çağırıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}