Rusiyadan Azərbaycana pul köçürmələrində problemlər yaranıb?


 

Hazırda Azərbaycanda “Contact” və “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatlar həyata keçirilir.

Bu barədə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, pulköçürmə sistemləri ilə həyata keçirilən əməliyyatlarda heç bir problem yaranmayıb.

ABB-dən sorğumuza cavab olaraq bildirilib ki, bankda “Zolotaya Korona” sürətli pulköçürmə sistemi üzrə xidmət əvvəldən mövcud olmayıb, lakin “Contact” sürətli pulköçürmə sistemi isə hazırda da işləyir.

“Bank Respublika”dan cavab olaraq qeyd edilib ki, “Zolotaya Korona” və “Contact” sürətli pulköçürmə sistemləri üzrə köçürmələrdə heç bir problem yoxdur.

“Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə bankın valyuta pozisiyası çərçivəsində Rusiya rublu ilə hesablar üzrə əməliyyatların aparıldığını deyib və əlavə edib ki, hazırda “Zolotaya Korona” sistemi də işləyir, lakin “Contact” sürətli pulköçürmə sistemi üzrə xidmət əvvəldən mövcud olmayıb.

Xatırladaq ki, “Contact” pulköçürmə sistemi ilə, rus rublu, ABŞ dolları və avro köçürülməsi mümkündür. Pul köçürmələri zamanı ölkədaxili köçürmələrdə, rus rublu ilə köçürmələrin 2 faizi, Rusiyadan kənara - Baltikyanı, MDB və digər xarici ölkələrə köçürmə zamanı, rus rublu, dollar və ya avro olmasından asılı olmayaraq 3 faiz komissiya tutulur.

“Zolotoya Korona” pulköçürmə sistemi isə Rusiya və digər MDB ölkələrinə ən aşağı komissiya haqları təklif edir. Bu sistemlə Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrə sürətli və asan pul köçürmələrinin həyata keçirilməsi mümkündür.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}