Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

 Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyin olunub.
Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Eşqin Əliyev təyinat alıb.
O, bu təyinata qədər tibb müəssisəsində şöbə müdiri vəzifəsində çalışıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}