Rusiya Müdafiə Nazirliyi ABŞ hərbi attaşesinə nota təqdim edib


 

Şənbə günü səhər Rusiyanın ərazi sularında ABŞ-ın nüvə sualtı qayığı aşkar edildikdən sonra ABŞ hərbi attaşesinə nota təqdim edilib.


Şəffaflıq.az xəbər verir ki, bu barədə "TASS" Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müdafiə Nazirliyi qeyd edibr ki, Amerika sualtı qayığının hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir və Amerika gəmisinin təxribat xarakterli hərəkətləri Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır.

Bununla bağlı ABŞ hərbi attaşesinin Amerika sualtı qayığı ilə bağlı insidentdən sonra Rusiya Müdafiə Nazirliyinə çağırıldığı bildirilib.

“Hadisə Moskva vaxtı ilə saat 10.40-da Kuril adasının Urup ərazisində baş verib. Eyni zamanda, gəmi əvvəlcə rus hərbçilərinin rus və ingilis dillərində etdiyi xəbərdarlıqlara məhəl qoymayıb.

“Müvafiq vasitələrdən” istifadə edildikdən sonra sualtı qayıq simulyatordan istifadə edərək hədəfi radar və akustik idarəetmə vasitələrindən yayındıraraq tez Rusiya ərazi sularını tərk edib.

Sualtı qayığın keçdiri ərazidə Sakit Okean Donanması qüvvələrinin təlimləri keçirilir. Hadisədən sonra da təlimlər davam edib. Rusiya gəmiləri ölkə sərhədlərinin pozulmasının qarşısını almaq üçün sualtı mühitə nəzarət edir”,- deyə məlumatda bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}