Ölkədə torpaq sahələrinin təyinatı dəyişdirilib

 

2016-2021-ci illər ərzində 43 rayon (şəhər) üzrə 1 337 hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254 135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb.

Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı  torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. 2021-ci il ərzində 29 müraciət üzrə 5 346 hektar torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamları ilə dəyişdirilib.

Ümumilikdə isə səmərəsiz istifadə olunan 252 487 hektara yaxın örüş-otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə dəyişdirilib. Həmin ərazilərin 239 568 hektarı 51 aqroparkın, 24 iri təsərrüfatın və 38 digər hüquqi və fiziki şəxslərin icarəsinə verilib.

Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından önəmli tədbirlərdəndir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı da artırılır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}