“WhatsApp”a yeni funksiya gəlir

 

“WhatsApp” messencerinin masaüstü versiyasında fonda səsli mesajları dinləmək mümkün olacaq. Bu rejim daha əvvəl “iOS”un “beta” versiyasına əlavə edilib, yaxın günlərdə isə “Android”də görünəcək.

Yeni funksiya sayəsində arxa fonda səsli mesajlara qulaq asarkən onu dayandırmadan başqa çata və ya əsas menyuya keçmək mümkün olacaq.

Belə ki, yeni ekran görüntüsündən məlum olur ki, səsli ismarışı səsləndirib başqa söhbətə keçdiyimiz zaman “WhatsApp” səsli qeydi oxutmağı dayandırmır. Həmçinin çat siyahısının aşağısında yeni audio player paneli görünür. Bu panel sayəsində biz səs qeydini oynatma düyməsi ilə idarə edə biləcəyik.

Pleyer paneli istifadəçilərə səsli mesajı oxutmada fasilə verməyə, davam etdirməyə və ya dayandırmağa imkan verəcəkdir.

Bildirilir ki, funksiya artıq “WhatsApp” masaüstü messencerinin ən son “beta” versiyasında mövcuddur.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}