Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Şəffaflıq.az xəbər verir ki, nazirlər hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb.
Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.
Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.
Qeyd edək ki, Z.Həsənov hazırda Türkiyədə səfərdədir. Bu gün Ankarada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub.
Facebook-da paylaş